Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
27.05.2022 14:35
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik A.Həşimov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Cümhuriyyət tarixindən, eləcədə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizədən söhbət açıb. 

Qeyd edib ki, SSRİ-nin mövcud olmasına baxmayaraq Cümhuriyyət bayrağı ilk dəfə Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmi olaraq dövlət bayrağı kimi qəbul edilib. Akademik A.Həşimov Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, onun Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir. Ulu Öndərin davamçısı Mötərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Arif Həşimov Azərbaycan və Türkiyə arasında olan dostluq-qardaşlıq münasibətlərindən də danışıb. O, qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: