Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2022 11:32
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Dendrologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

Tədbiri institutun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova açaraq qeyd edib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub: “Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib”.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, artıq Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. O, çıxışında Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini qoruduğunu deyib, ölkəmizin bütün sahələrində inkişafa nail olunduğunu bildirib, dünyada nüfuzunun artdığını söyləyib.

Tədbirdə çıxış edən institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova isə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edilib. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva Milli Qurtuluş Gününün dövlətimizin və xalqımızın taleyində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyunun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixi olduğunu qeyd edib.

Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan T.Zeyvəliyeva xalqımızın tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: