Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq
16.06.2022 16:28
  • A-
  • A
  • A+

Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər hazırlamaqdadır.

Budəfəki tədbir Qarabağ xanlığının qurucusu, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirə (1693-1763) həsr olunacaq. Belə ki, Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim olunacaq.

Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub.

Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.

Başdaşı ilə tanış olmaq istəyənlər muzeyin girişində qeydiyyatdan keçməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: