Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər insan hüceyrələrindən robot üçün "canlı" barmaq hazırlayıblar
16.06.2022 17:37
  • A-
  • A
  • A+

Alimlər insan hüceyrələrindən robot üçün "canlı" barmaq hazırlayıblar

Yaponiyanın Tokio Universitetindən olan tədqiqatçılar robot üçün avtomatlaşdırılmış barmağı canlı insan hüceyrələrindən hazırlanmış, özü bərpa olunan dəri ilə örtməyə müvəffəq olublar.

Bu barmaqlar insan barmağının hərəkətlərini etmək imkanına malikdir. Barmaqların hazırlanması zamanı kollagen və insan dərisinin fibroblastlarının hüceyrələrindən ibarət məhlul silindrə yerləşdirilib. Bunlar insan dərisinin birləşdirici toxumalarının əsas komponentləridir.

Öz təbii xüsusiyyətləri sayəsində bu məhlul sıxılıb və hidrogel örtüyü yaradaraq barmağın konturlarını təkrarlayıb.

Sonrakı testlər göstərib ki, dəri kifayət qədər möhkəm və elastikdir.

Bununla belə, süni dəri hələlik təbii insan dərisindən daha zəifdir və sağ qalma üçün nəmləndirici maddələrlə təchiz edilməsinə ehtiyac var.

https://www.techinsider.ru

  • Paylaş: