Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin əməkdaşının məqaləsi Türkiyənin beynəlxalq indeksli jurnalında çapdan çıxıb
21.06.2022 10:30
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşının məqaləsi Türkiyənin beynəlxalq indeksli jurnalında çapdan çıxıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Tural Şiriyevin “Səfəvilər dövründə Azərbaycan xalqının mənəvi mədəniyyətində xəttatlığın roluna dair” (“О роли каллиграфии в бытовой культуре населения Азербайджана в Сефевидский период”) adlı məqaləsi Türkiyənin ULAKBİM akademik şəbəkəsinə daxil olan beynəlxalq indeksli “Marmara Türkiyat Araştırmaları” jurnalında nəşr edilib.

Məqalədə Səfəvilər dövrünə aid bəzi mis qablar üzərindəki kalliqrafik yazılar araşdırılmaqla, Azərbaycan əhalisinin mənəvi dünyagörüşü və eyni zamanda xəttatlıq sənətinin xüsusiyyətləri öyrənilib.

Qeyd edək ki, məqalədə tədqiq olunmuş materiallar muzeyin Etnoqrafiya fondunda qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: