Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb
22.06.2022 12:40
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

AMEA-nın aka­de­mik Y.H.Məmmədəli­yev adı­na Neft-Kim­ya Pro­ses­lə­ri İns­ti­tu­tu­nun (NKPİ) əməkdaşları - kimya elmləri doktoru, professor Minavər İbrahimova və kimya üzrə fəlsəfə doktoru Fəxriyyə Abdullayeva tərəfindən yazılmış “İon mayeləri, sintezi və tətbiqi” adlı monoqrafiya “Elm” nəşriyyatında çapdan çıxıb.

Məlum olduğu kimi, XXI əsr­də bə­şə­riy­yə­tin qar­şı­laş­dı­ğı ən qlo­bal problemlərdən bi­ri ətraf mühitin qo­run­ma­sı prob­le­mi­dir və eko­lo­ji zərərsiz is­teh­sal və emal texnologiyalarının ya­ra­dıl­ması bu prob­le­min ara­dan qal­dı­rıl­ma­sı­nın perspek­tiv və praktiki əhə­miy­yət kəsb edən istiqamətlərindən bi­ri he­sab olu­nur. Bu nöq­te­yi-nə­zər­dən monoqrafiya­nın əsas məq­sə­di ion mayelə­ri el­mi istiqa­mə­ti ilə ya­xın­dan ma­raq­la­nan tələbə, ma­gistrant, dok­to­rant və bu sa­hə­də ar­tıq mü­əy­yən təcrübə­si olan di­gər mütəxəssislə­rin ion ma­ye­lə­ri­nə da­ir əsas an­la­yış­lar, sin­tez üsul­la­rı, xas­sə­lə­ri və tət­biq sahələ­ri haq­qın­da da­ha əha­tə­li məlumat əl­də et­mə­lə­ri üçün im­kan ya­rat­maq­dan iba­rət­dir.

Monoqrafiyada, ey­ni za­man­da həm dün­ya miqya­sın­da, həm də NKPİ-nin əmək­daş­la­rı tərə­fin­dən “ya­şıl kim­ya” prinsip­lə­ri­ni qo­ru­yan ion ma­ye­lə­ri, ion ma­ye mo­no­mer­lər və ion ma­ye po­li­mer­lə­rin sin­te­zi, təd­qi­qi və ge­niş spektr­li tət­biq sa­hə­lə­ri is­ti­qa­mə­tin­də apa­rıl­mış tədqiqatların nə­ti­cə­lə­ri­ni əks et­di­rən məlu­mat­lar ve­ril­ib. Təqdim olunan monoqrafiyada ion ma­ye­lə­ri barə­də son il­lə­rin ədə­biy­yat material­la­rı da­xil ol­maq­la yük­sək im­pakt faktor­lu jur­nal­lar­da dərc olunmuş bir çox ədə­biy­yat­la­ra və el­mi əsər­lə­rə mü­ra­ci­ət edil­ib.

Qeyd olunanlar nəzərə alınaraq, monoqrafiyanın oxu­cu­lar­da bu sahəyə həsr olun­muş maraq­lı və uni­kal ma­te­ri­al­la­rı araş­dır­ma­ğa maraq yaradacağına böyük ümid bəslənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: