Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.05.2015 07:41
  • A-
  • A
  • A+

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanasında olub

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanasında olub

Rusiyanın ölkəmizdəki səfirliyinin baş müşaviri Aleksandr Qladkov AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilə görüşüb. Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

L.İmanova ötən il Rusiyaya səfəri zamanı Rusiya Dövlət Kitabxanası və Yeltsin adına Prezident Kitabxanasında keçirilən görüşlər, onların kitabxana idarəetməsi, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində təcrübələri ilə tanış olduğunu bildirib. L.İmanova Rusiyanın tanınmış kitabxanalarının təşkil etdiyi tədbirlərdə, eləcə də hər iki ölkənin mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanışlığa yönələn birgə layihələrin reallaşdırılması istiqamətində səfirliyin dəstəyinin zəruri olduğunu bildirib.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərindən söhbət açan qonaq elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirildiyini qeyd edib. Səfirliyin rəsmisi qarşılıqlı əməkdaşlıq təşəbbüsünü yüksək dəyərləndirib.

Görüşdə, həmçinin Rusiya kitabxanaları və MEK arasında kitab mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Mübadilənin hər iki ölkənin elmi kitabxana fondlarının zənginləşməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sonra A.Qladkov kitabxananın fondları ilə tanış olub. Nadir kitablar fondunda Qafqaz mədəniyyəti, tarixi və arxeologiyasına dair ötən əsrlərə aid nəşrlər, Rus Ədəbiyyatı fondunda rus klassiklərinin əsərləri, müxtəlif dövrlərin nəşri olan poeziya nümunələri qonağın marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: