Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində Şuşa şəhərində toxunmuş əsrarəngiz muncuq tikməli nümunə qorunur
24.06.2022 15:39
  • A-
  • A
  • A+

Tarix Muzeyində Şuşa şəhərində toxunmuş əsrarəngiz muncuq tikməli nümunə qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin zəngin etnoqrafik kolleksiyasına daxil olan geyim nümunələri içərisində özünəməxsus yer tutan və vaxtilə Şuşa şəhərində toxunmuş əsrarəngiz muncuq tikməli corab nümunələri də var.

Corablar hər zaman yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunurdu. Digər geyim nümunələri kimi corabların da xüsusi naxışlanmasına, rəngarəng iplərlə toxunmasına böyük önəm verilirdi. Corablar həm istilik mənbəyi, həm də qadınlarımızın hər zaman sevə-sevə ərsəyə gətirdikləri sənət nümunələri olmuşlar. İstər yun, istərsə də ipək corabların bəzək elementlərini yaratmaqda yerli xalça ornamentlərindən istifadə olunurdu.

Təsadüfi deyil ki, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə edilən 100-dən çox corab nümunəsi göz oxşayan naxışlarla insanı valeh edir. Təqdim olunan corablar fondda mühafizə edilən yeganə muncuq tikməli nümunədir. XX əsrin əvvəllərində Şuşa şəhərində toxunan tikmə əsəri başdan-başa xalça naxışları ilə bəzədilib. Corabın daban və uc hissəsinə qondarma üsul ilə bəzək vuraraq estetik baxımlılığı, cazibədarlığı yüksək səviyyəyə çatdırıblar. Zövqlə toxunan belə corablar uzunboğaz olardı və tamamən naxışlarla bəzədilərdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: