Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun əməkdaşı İsveçdə keçirilən beynəlxalq konfransda məruzə edib
28.06.2022 08:54
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı İsveçdə keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə İsveçin paytaxtı Stokholmda keçirilən və Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan “Yol ver türkün bayrağına!” adlı XXVII beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.

L.Mikayılzadə Ədəbiyyatşünaslıq və folklor bölməsinə moderatorluq edib, həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə edib. Məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri məsələləri nəzərdən keçirilir, XX  əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına  birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları  təhlil edilir.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, bir sıra suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: