Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən monoqrafiya çapdan çıxıb
29.06.2022 14:18
  • A-
  • A
  • A+

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən monoqrafiya çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” monoqrafiyası çapdan çıxıb.

Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın elmi redaktoru və Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Monoqrafiya giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərdə XX əsrin 90-cı illərindən XXI əsrin bizim günlərə qədərki zaman axarında Qarabağ mübarizəsini əks etdirən bədii ədəbiyyat Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövrlərinin ədəbiyyatı kimi tədqiq edilir. Aprel döyüşlərinin isə bu iki müharibə arasında keçid rolunu oynaması xüsusi vurğulanır.

Monoqrafiyanın I fəsli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən publisistikanın janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili araşdırılır.

İki yarımfəsildən ibarət olan II fəsil “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəzmin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən şeirlərin, poemaların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili tədqiq edilir.

Üç yarımfəsildən ibarət olan III fəsil “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən nəsrin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlanır. Bu fəsildə Qarabağ mövzusunu əks etdirən hekayələrin, povestlərin, romanların janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili geniş şəkildə araşdırılır.

Monoqrafiyanın IV fəsli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları” adlanır və bu fəsildə Qarabağ mövzusunu əks etdirən dram əsərlərin, ssenarilərin və filmlərin janr xüsusiyyəti, problematikası və obrazları ətraflı təhlil süzgəcindən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: