Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Seysmoloji Mərkəzin əməkdaşları vebinarda iştirak ediblər
30.06.2022 15:38
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşları vebinarda iştirak ediblər

İyunun 29-da ABŞ-ın “Kinemetrics” şirkəti tərəfindən növbəti vebinar təşkil edilib.Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova və mühəndis-proqramçısı Yeganə Muradova iştirak ediblər. 

“ANTELOPE 5.12 yenilikləri” mövzusunda  keçirilən vebinarda “Boulder Real Time Technologies”in əməkdaşı, professor Kent Lindquist təqdimatla çıxış edib. Öz təqdimatında Kent Lindquist Antilop Ətraf Mühitin Monitorinqi Sisteminin bu yaxınlarda buraxılmış 5.12 versiyasında həll olunan yeni problemləri və əsas irəliləyişləri haqqında məlumat verib. 

Təqdimatdan sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: