Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

MBBİ-nin yaranmasının 6 illiyi qeyd olunub
30.06.2022 17:57
  • A-
  • A
  • A+

MBBİ-nin yaranmasının 6 illiyi qeyd olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 6 illiyinə həsr olunmuş tədbir keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova müəssisənin yaranma tarixi, əldə olunan nailiyyətlər və burada elmi potensialın formalaşmasında akademik Cəlal Əliyevin misilsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, bu günlərdə akademikin elmi məktəbinin davamçılarından olan professor Qərib Mürşüdovun Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Süleyman Allahverdiyevin isə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülməsi və həmçinin Süleyman Allahverdiyevin Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsi böyük alimin elmi irsinin etibarlı əllərdə olduğunun bariz nümunələridir.

Sonra AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və institutun digər alim və mütəxəssisləri müəssisənin inkişafı, burada son illərdə aparılan tədqiqatlar və onların mühüm nəticələri, eləcə də perspektivlər haqqında danışıblar. Natiqlər öz müəllimləri haqqında xatirələrindən də söhbət açaraq onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: