Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Özbəkistan və Azərbaycan Elmlər akademiyalarının Həmkarlar İttifaqları əməkdaşlıq edəcək
01.07.2022 15:56
  • A-
  • A
  • A+

Özbəkistan və Azərbaycan Elmlər akademiyalarının Həmkarlar İttifaqları əməkdaşlıq edəcək

“Park İNN” otelində Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə AMEA-nın Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Rovşan Badirov ilə Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor  Habil Qurbanov imzalayıblar.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraev də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: