Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutu yarımillik hesabatını təqdim edib
01.07.2022 16:05
  • A-
  • A
  • A+

Tarix İnstitutu yarımillik hesabatını təqdim edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda institutun 2022-ci ilin birinci yarısına dair hesabatı müzakirə olunub.

Tədbiri müəssisənin baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq 2022-ci ilin birinci yarısında institutun gördüyü işlər barədə icmal xarakterli qısa məlumat verib.

Daha sonra institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova müəssisə əməkdaşlarının bu müddət ərzində gördükləri əsas işlər barədə ümumi hesabatla çıxış edib. O bildirib ki, hesabat ilinin 6 ayı ərzində institutun 12 elmi-tədqiqat şöbəsində illlik plana müvafiq olaraq 2 istiqamət, 9 problem üzrə 17 mövzu tədqiqata cəlb olunub. Bunlardan böyük hissəsi yerinə yetirilib, bəziləri isə ilin sonuna qədər yekunlaşdırılacaq. İnstitut əməkdaşlarının bu 6 ay ərzində 13 monoqrafiyası (bunlardan ikisi xaricdə), 7 kitabı nəşr olunub, 40-dan çox məqələ (onlardan 14-ü xaricdə nüfuzlu elmi jurnallarda) çapdan çıxıb, xaricdə keçirilən 13 beynəlxalq konfransda 20-yə yaxın əməkdaş onlayn və əyani olaraq iştirak ediblər.

İclasda institutda keçirilmiş respublika və beynəlxalq konfranslar, sessiyalar, seminarlar və dəyirmi masalar haqqında məlumat diqqətə çatdırılıb.

Daha sonra institutda fəaliyyət göstərən ED.1.30 saylı Dissertasiya Şurasının katibi, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin ilin 6 ayı ərzində keçirilən elmi seminarlar və dissertasiya müdafiələri barədə, həmçinin institutun Təhsil şöbəsinin müdiri Bahar Qasımlının doktorant və dissertantların iyun ayı ərzində keçirilən attestasiyası barədə hesabatları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: