Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı nəşr olunub
05.07.2022 12:58
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı nəşr olunub

AMEA Rəyasət Heyəti aparatının elmi jurnalı olan “Filologiya və sənətşünaslıq” dərgisinin 2022-ci ilə aid birinci sayı işıq üzü görüb.

2019-cu ilə qədər “Xəbərlər” (Humanitar elmlər seriyası) adı ilə çap olunan jurnalın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı” məqaləsi ilə açılır.

Jurnalın məsul katibi Həlimə Mehdiyeva, məsul redaktoru Maral Poladova, baş redaktorun müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Redaksiya heyətinə bir sıra akademiklər və AMEA-nın müxbir üzvləri daxildir.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq”, “Resenziya” və “Yubileylər” bölmələrindən ibarətdir. “Bələdçi” Azərbaycan, ingilis və rus dillərindədir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

Jurnalda humanitar elmlər istiqaməti üzrə ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, müqayisəli ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik, sənətşünaslıq, mətbuat tarixi və publisistika sahələri üzrə elmi-tədqiqat əsərləri nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: