Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İqtisadi Artım və İctimai Rifah” jurnalının yeni nömrəsi işıq üzü görüb
05.07.2022 15:12
  • A-
  • A
  • A+

“İqtisadi Artım və İctimai Rifah” jurnalının yeni nömrəsi işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun “İqtisadi Artım və İctimai Rifah” jurnalının 2022-ci il üzrə ikinci nömrəsi oxuculara təqdim olunub.

Jurnalın bu sayında müxtəlif aktual iqtisadi mövzularda elmi məqalələr yer alıb.

“İqtisadi Artım və İctimai Rifah” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

İldə 4 dəfə dərc olunan elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov, baş redaktorun müavini, professor Müşfiq Atakişiyevdir.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: