Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutunun alimləri sürtkü yağlarına yeyilməyə qarşı aşqarlar yaradıblar
05.07.2022 16:12
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimləri sürtkü yağlarına yeyilməyə qarşı aşqarlar yaradıblar

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçiləri kimya üzrə fəlsəfə doktorları Nelya Novotorjina, Bella Musayeva, Mehparə Səfərova, Qəribə Qəhrəmanova və digər əməkdaşların birgə müəllifliyi ilə “Web of Science” bazasında nüsxələnən və “Springer” nəşriyyatında çap olunan “Afrika Kimya” (“Chemistry Africa”) adlı nüfuzlu xarici jurnalda məqalələri dərc edilib.

Məqalə 1,3-dioksolanın yeni törəmələrinin, sürtkü yağlarına yeyilmə əleyhinə əlavələr kimi sintezi və tədqiqinə yönəldilib. Müəyyən edilib ki, sintez edilmiş birləşmələr sintetik və mürəkkəb  yağlarda yüksək ifrat təsir xüsusiyyətlərinə malikdir və sintetik yağların prototiplərinin hazırlanmasında istifadə oluna, eləcə də maşın və mexanizmlərdə tətbiq oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: