Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində tibb xidməti leytenantı, şəhid Turqut Xəlilbəyliyə məxsus materiallar qorunur
05.07.2022 16:18
  • A-
  • A
  • A+

Tarix Muzeyində tibb xidməti leytenantı, şəhid Turqut Xəlilbəyliyə məxsus materiallar qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda tibb xidməti leytenantı, şəhid Turqut Xəlilbəyliyə məxsus materiallar - hərbi səhra forması - (kitel, hərbi mərasim şalvarı, ağ rəngdə hərbi mərasim köynəyi, qalstuk, zeytun rəngli qış papağı, ağ rəngli mərasim əlcəyi, furajka, şinel, hərbi çəkmə və iki ədəd fotoşəkli (səhra geyimində və həkim xalatında) qorunur.

T.Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. O, Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Oktyabrın 7-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, II Şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Turqut Xəlilbəyli “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

2021-ci ilin may-oktyabr aylarında muzeydə keçirilmiş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə T.Xəlilbəyliyə məxsus materialların bir hissəsi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: