Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hatəm Tayi – yazılı dastan abidəsi” kitabı nəşr olunub
18.07.2022 15:18
  • A-
  • A
  • A+

“Hatəm Tayi – yazılı dastan abidəsi” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlunun “Hatəm Tayi – yazılı dastan abidəsi” (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı çapdan çıxıb.

Kitabda müsəlman-şərq aləmində məşhur olan “Hatəm Tayi” dastanının Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunub.

Qeyd edək ki, yeni nəşrin redaktoru aparıcı elmi işçi Arif Ramazanov, rəyçisi filologiya elmləri doktoru, professor Kamil Allahyarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: