Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA ən qədim qalaktikanı kəşf etdiyini açıqlayıb
27.07.2022 09:24
  • A-
  • A
  • A+

NASA ən qədim qalaktikanı kəşf etdiyini açıqlayıb

NASA-nın Ceyms Uebb Teleskopu (JWST) kainatda məlum olan ən qədim qalaktikanı aşkar edib.

Alimlərin açıqlamasına görə, GLASS-z13 (GN-z13) adlı qalaktika 13,8 milyard il əvvəl meydana gələn Böyük Partlayışdan (“Big Bang”) cəmi 300 milyon il sonra yaranıb.

NASA-nın Ceyms Uebb Teleskopu indiyə qədər kəşf edilmiş qalaktikaların ən qədimini qeydə alıb. 2015-ci ildə Hubble Teleskopu tərəfindən kəşf edilən əvvəlki rekordçu kainat indi tapılan qalaktikadan 400 milyon il sonra yaranan GN-z11 qalaktikası idi.

JWST ən erkən ulduzlardan və qalaktikalardan gələn işığı aşkarlaya bilən Yaxın İnfraqırmızı Kamera (NIRCam) alətindən istifadə edərək GN-z13-ün təsvirini çəkib. Bu teleskop işığın kosmosda keçməsi üçün lazım olan vaxtı təhlil edərək zamanda geriyə getmək üçün geniş spektrli infraqırmızı işıqdan istifadə edir. GN-z13-ü araşdırarkən JWST də GN-z11-i görə bilib.

bizimyol.info

  • Paylaş: