Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“ANAS Transactions, Earth Sсiences” jurnalının 2022-ci il üzrə birinci nömrəsi çap olunub
27.07.2022 10:56
  • A-
  • A
  • A+

“ANAS Transactions, Earth Sсiences” jurnalının 2022-ci il üzrə birinci nömrəsi çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin ingilis dilində nəşr edilən və “Scopus” bazasına daxil  edilmiş “ANAS Transactions, Earth Sсiences” jurnalının 2022-ci il üzrə birinci nömrəsi çap olunub.

Bu nömrədə İraq, Bayci-Tikrit su hövzəsi tədqiqatları üzrə geoelektrik metodlardan istifadə etməklə məsaməli su təbəqəsinin hidro-geofiziki parametrlərinin qiymətləndirilməsi, elektron mikroskop üsulu ilə kaşir-vereya süxurlarının hidravlik parçalanmasının ətraflı tədqiqi, Cənubi Xəzər hövzəsi Azərbaycan sektoru sahələrində gillərin sıxılmasının xarakterik xüsusiyyətləri, Kolloid dispers sistemlərin stabilləşdirilməsi üçün nanohissəciklərin tətbiqi, Azərbaycanda istixana qazlarının coğrafiyası və miqyası, qeyri-səlis klaster analiz əsasında neftin tərkib və xassələrinin onun keyfiyyətinə təsirinin təhlili, dərin çöküntülərin neft-qazlılığı ilə əlaqədar Cənubi Xəzər hövzəsinin palçıq vulkanlarının fəaliyyət məhsullarının izotop tərkibi və Azərbaycanın fosil və müasir pərayaqlıları kimi aktual mövzular öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: