AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XX əsrin əvvəllərinə aid Humay təsvirli çanta qorunur.
Şuşaya məxsus əsrarəngiz sənət incisi həm güləbətin tikmə üsulu, həmçinin keçmiş mifoloji dünyagörüşü haqqında müəyyən təsəvvürlər yaradır. Belə ki, bir çox qadın aksessuarlarında olduğu kimi, bu çantanın üzərində də stilizə olunmuş Humay təsviri salınıb. Humay ana qədim mifoloji dünyagörüşə əsasən qadın və uşaqların himayəçisi hesab edilirdi.
Qeyd edək ki, muzeyin Etnoqrafiya fondunun zəngin kolleksiyasında göz oxşayan bədii-dekorativ tərtibata malik yun, fil sümüyü, dəri materialdan olan çantalar da qorunub saxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.