Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dosent Zaur Əliyevin “Erməni milli kimlik psixologiyası və xəstəliyi” kitabı nəşr edilib
01.08.2022 15:25
  • A-
  • A
  • A+

Dosent Zaur Əliyevin “Erməni milli kimlik psixologiyası və xəstəliyi” kitabı nəşr edilib

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni milli kimlik psixologiyası və xəstəliyi” adlı kitabı nəşr edilib.

Kitab erməni, rus və xarici mənbələr əsasında, psixologiya, antropologiya və etnoqrafiya ilə məşğul olan alimlərin məsləhətinə əsasən çapa hazırlanıb. Nəşrdə ermənilərin milli kimlik məsələsi, ermənilərin millət kimi formalaşma prosesinin tarixi, antropoloji özəllikləri, ermənilərin dini inanclarının milli kimliyin formalaşmasına təsiri, psixoloji cəhətləri, erməni cəmiyyətinin idarə edilməsinə psixoloji metodlardan istifadə edən kilsənin fəaliyyəti, erməni xəstəliyi və onun erməni kimliyinə təsiri və s. məsələlər öz əksini tapıb.

Müəllif qeyd edir ki, ermənilik qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə, türk xalqlarına qarşı, o cümlədən, Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalarına geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxıb. Təqdim edilən bu kitab məhz ermənliyin psixoloji tərəfini və xəstəliyini tədqiq edir.

Vəsait geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: