Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA Andromeda qalaktikasının ən böyük şəklini yayımlayıb
03.08.2022 09:42
  • A-
  • A
  • A+

NASA Andromeda qalaktikasının ən böyük şəklini yayımlayıb

NASA instaqram hesabında “Hubble” kosmik teleskopu tərəfindən çəkilmiş Andromeda qalaktikasının indiyə qədər ən böyük şəklini yerləşdirib.

100 milyondan çox ulduzun olduğu Andromeda qalaktikasının şəkili təbii görünən rəngdə çəkilib. Panoramik şəkil postda üç hissəyə bölünür, sonuncu hissədə təsvirə səpələnmiş saysız-hesabsız ulduzların mavi zolaqları göstərilir.

NASA mütəxəssisləri qeyd edib ki, Andromeda qalaktikası Süd yolundan 2,5 milyon işıq ili uzaqlıqda yerləşir, ölçü və forma baxımından bizim qalaktikaya bənzəyir.

azvision.az

  • Paylaş: