Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” adlı monoqrafiya işıq üzü görüb
03.08.2022 10:30
  • A-
  • A
  • A+

“Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” adlı monoqrafiya işıq üzü görüb

Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Simuzər Mamedovanın “Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada Azərbaycanda yayılmış suda-quruda yaşayanlar və sürünənlərdə parazitlik edən koksidilərin növ tərkibi, yoluxma intensivliyi, onların koksidilərlə yoluxmasının ekoloji amillərdən asılılığı haqqında məlumat verilib.

Kitabdan parazitoloqlar, zooloqlar və ekoloqlar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: