Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim Kəlbəcərdə baş vermiş tornado hadisəsinə aydınlıq gətirib
04.08.2022 10:05
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Kəlbəcərdə baş vermiş tornado hadisəsinə aydınlıq gətirib

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Kəlbəcərdə baş vermiş tornado ilə əlaqədar APA TV-yə müsahibə verib.

İqlimşünas alim müsahibəsində bu təbiət hadisəsinin yaranma səbəbləri, törədə biləcəyi fəsadlar, onun ölkəmizdə təkrarlanma ehtimalı və s. kimi məsələlərə aydınlıq gətirib. O bildirib ki, tornadonun əmələ gəlməsinin konkret səbəbi elmə tam məlum olmasa da versiyalardan biri bir-birinə əks olan isti və soyuq hava kütləsinin sürətlə fırlanaraq toqquşması və təzyiqin həddən artıq aşağı düşməsi nəticəsində yaranmasıdır. Azərbaycan üçün xarakterik sayılmayan bu hava burulğanı böyük sürətə malik olsaydı, hadisəni seyr edən insanlar üçün təhlükə yaradardı. ABŞ-da baş verən tornado zamanı xəbərdarlıq edilir və insanlar bunkerlərə yerləşdirilirlər. Alagöl üzərində baş verən tornado isə bunun kiçik variantıdır.

Müsahibəni buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: