Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
04.08.2022 15:23
  • A-
  • A
  • A+

MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, b.ü.f.d. Samirə Rüstəmova və Gülnar Abdullayevanın həmmüəllifi olduqları “Isolation and characterization of DREB gene in ancestral diploid wheat species from wheat domestication center” adlı məqalə “Genetics and Molecular Research” jurnalında (IF=1,77) çap olunub.

Azərbaycanın yumşaq buğdanın ilkin yaranma mərkəzi olması ilə bağlı olaraq məqalə müasir buğdaların genom donorları olan yerli yabanı diploid buğdalardan stresə davamlılıqda əsas rol oynayan DREB tranksripsiya faktorunun geninin tədqiqinə həsr olunub. Gen yabanı buğdalardan izolyasiya olunaraq sekvens edilib və in silico analizlər aparılıb. Sekvens analizin nəticələri NCBI beynəlxalq məlumat bazasına daxil edilib və MZ935739 və MZ935740 qeydiyyat nömrələri altında yerləşdirilib.

Tədqiqat AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant №EIFETL-2020-2(36)-16/15/3-M-15) maliyyə dəstəyi ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: