Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Xərçəngin diaqnostikası və müalicəsi üçün işıq saçan kapsullar yaradılıb
05.08.2022 09:48
  • A-
  • A
  • A+

Xərçəngin diaqnostikası və müalicəsi üçün işıq saçan kapsullar yaradılıb

Xərçəng şişlərinin diaqnostikası və effektiv müalicəsi üçün kapsullar hazırlanıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin alimləri xəbər veriblər.

Bildirilir ki, tədqiqatçılar şişlərə dərman çatdırılması üçün polimer çoxqatlı kapsulların yaradılması sxemini işləyiblər.

Preparatın üst qatına isə şiş hüceyrələri ilə qarşılıqlı əlaqədə olduqda müəyyən rəngdə işıq saçmağa başlayan flüoresan yarımkeçirici nanokristalların əlavə edilməsi planlaşdırılıb. Bu üsulla hüceyrələrin vizuallaşdırılması və monitorinqi həyata keçiriləcək.

O da qeyd edili ki, kapsulların artıq klinik tədqiqatlarına başlanılıb, insanlar üzərində sınaqlara isə gələn il keçmək planlaşdırılır.

oxu.az

  • Paylaş: