Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap edilib
06.08.2022 13:55
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap edilib

İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevanın həmmüəllifi olduğu “Müasir rəqabətlilik şəraitində rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” adlı məqalə ABŞ-da nəşr olunan, “Scopus” bazasında indekslənən “WSEAS Transactions on Business and Economics” adlı nüfuzlu elmi jurnalın 19-cu cildində işıq üzü görüb.

Sözügedən məqalə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın tənzimlənməsinin əsas istiqamətlərinə həsr edilib. Məqalədə son illər dünyanın bütün ölkələrində rəqəmsal iqtisadiyyat sahəsində müşahidə olunan artım templəri nəzərdən keçirilib və təhlillər aparılıb. Aparılan təhlillər göstərir ki, beynəlxalq reytinq hesabatlarında Azərbaycan Respublikası iqtisadi inkişaf göstəricilərinə görə iqtisadi mövqeyini ildən-ilə artırmaqdadır. Bütün bu proseslərə ölkədə səmərəli iqtisadi siyasətin həyata keçirilməsi, müasir rəqəmsal iqtisadiyyatın inkişafı, xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması kimi amillər müsbət təsir göstərir.

Məqalədə, həmçinin Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyat sahəsində beynəlxalq təcrübə əsasında aparılan davamlı islahatlar təqdim olunub, həyata keçirilən tədbirlər, eləcə də bu sahədə mövcud problemlər təhlil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: