Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı istedadlı şair və dramaturq Tahir Rasizadənin yaradılıcığına həsr olunub
09.08.2022 14:12
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı istedadlı şair və dramaturq Tahir Rasizadənin yaradılıcığına həsr olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə Azərbaycanın böyük ədibi Hüseyn Cavidin qardaşı oğlu, istedadlı şair və dramaturq Tahir Rasizadənin həyat və yaradılıcığından bəhs edilib.

Akademik Rafael Hüseynov Tahir Rasizadənin ağır repressiya illərində Cavid ailəsindən məhəbbətini, sevgisini əsirgəmədiyini deyib, onun Ərtoğrul Cavidlə dostluq əlaqələrindən bəhs edib. Qeyd edib ki, Tahirin yadigarı Artur Rasizadə də atasının bu ailəyə olan sədaqətini davam etdirib.

Cəmi 35 il ömür yaşamış Tahir Rasizadənin bədii yaradıcılığından danışan akademik Rafael Hüseynov onun şerlərinin ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Tahir Rasizadə 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olub.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: