Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklorşünas alim beynəlxalq konfransda məruzə ilə çıxış edib
10.08.2022 10:20
  • A-
  • A
  • A+

Folklorşünas alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan Mədəniyyət Nazirliyi, Mədəniyyət Sferasında İnnovasiyaların Tətbiqinin və Ənənələrin Qorunmasının Resurs Mərkəzi, Kazan Federal Universitetinin birgə təşkil etdiyi “Həyat dəbi-mədəni kod” adlı II Beynəlxalq Etnodəb Festivalı çərçivəsində “Müasir mədəniyyətin epik konstantı: milli eposların qorunması və populyarlaşdırılması problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq tədbirdə AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilov “Mədəni institut və mənəvi dəyər konseptlərinin qorunması və ötürülməsində eposun rolu” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda mütəxəssislər müasir dövrdə ənənəvi mədəniyyətin, o cümlədən eposun qorunması və yaşadılması problemlərini müzakirə ediblər. Müzakirə nəticəsində humanitar institutların qorunmasının əhəmiyyəti vurğulanıb, mənəvi dəyərləri öyrənən və populyarlaşdıran elmi-tədqiqat institutlarına dövlət dəstəyinin artırılmasının vacibliyi qeyd olunub, eposun qorunması, onda daşınan humanizm ideyaları və dövlətçilik dəyərlərinin gələcək nəsillərə çatdırılmasının önəmini ifadə edən elmi qətnamə hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: