Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklor İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
10.08.2022 14:26
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Xalidə Məmmədova 7-9 avqust 2022-ci il tarixlərində Ankarada keçirilən “VIII Beynəlxalq Taras Şevçenko Sosial Elmlər Konfransı”nda iştirak edib.

O, konfransa “Vətənpərvər şair T.Q.Şevçenko” adlı məruzə ilə qatılıb. X.Məmmədova məruzəsində Ukrayna xalqını dünyada tanıtdıran T.Şevçenkonun bədii yaradıcılığını geniş təhlil edib. Bildirilib ki, xaraktercə azadlıq carçısı, vətənpərvər və sülhpərəst kimi tanınan Şevçenko yaradıcılığının əsas ideya xətti əsarətdə olan ukraynalıların həyatıyla bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq, Azərbaycan türkcəsinə tərcümə edilmiş üsyankar şeirlər, Ukrayna təbiətinin özünəməxsus gözəlliklərinə həsr olunmuş bədii yaradıcılıq bu gün də öz aktuallığını qorumaqdadır.

Məruzəçi araşdırmanı M.Müşfiq, Ə.Cavad, S.Rüstəm, M.Rzaquluzadə, A.Abdullanın etdiyi tərcümələr əsasında apardığını vurğulayıb. Haqqında “Bir insanın varlığı milləti oyandırmağa yetir” deyə bəhs edilən T.Şevçenkonun şeir və poemalarının bu gün də əhəmiyyət daşıdığı qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: