Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin arxeoloji kolleksiyasında monqol xalatları qorunur
12.08.2022 16:22
  • A-
  • A
  • A+

Tarix Muzeyinin arxeoloji kolleksiyasında monqol xalatları qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini özündə əks etdirən xeyli sayda tapıntı mövcuddur. Onların arasında forma və məzmun baxımından diqqət cəlb edən nümunələr də yer alıb. Belə nümunələrdən biri də 1946-1953-cü illərdə arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Qədim Mingəçevir ərazisində aparılmış genişmiqyaslı qazıntılar zamanı üç monqol döyüşçüsünün qəbrindən tapılmış qəhvəyimtil-yaşıl rəngli ipək geyim (xalat) qalıqlarıdır. Bu qalıqlar keçən əsrin 50-ci illərinin ortalarında Leninqrada (indiki Sankt-Peterburqa) - Dövlət Ermitajına aparılaraq bərpaçılar tərəfindən astar parçanın üzərinə tikilmiş və xalat indiki görkəmini almışdır.

Hazırda muzeyin arxeoloji kolleksiyasında 2 ədəd qismən bərpa olunmuş xalat qorunur. Mütəxəssislər qəbrin avadanlığına daxil olan digər tapıntıları da nəzərə alaraq həmin xalatları XIII əsrin sonu-XIV əsrin əvvəlinə aid etmişlər. Ümumilikdə, bu xalatlar Azərbaycan tarixinin monqol yürüşləri ilə səciyyələnən mərhələsini öyrənmək, eləcə də ekspozisiya vasitəsilə təqdim etmək üçün qiymətli əşyavi mənbələrdəndir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: