Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda nəşr olunub
15.08.2022 09:48
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda nəşr olunub

İdarəetmə Sistemləri İnstitutunun İnformasiyanın intellektual sistemləri laboratoriyasının kiçik elmi işçisi Aytac Mustafazadənin həmmüəllif olduğu “Solving complex problems on a multi-agent platform” adlı məqalə “Annali d’Italia” (“İtaly’s scientific journal”) nüfuzlu elmi jurnalının 30-cu cildində işıq üzü görüb.

Sözügedən məqalədə neft və neft-kimya sənayesində peşə xəstəliklərinin diaqnostika və proqnoz məsələsi araşdırılır. Neft və neft-kimya sənayesində peşə xəstəliklərinin diaqnostika və proqnoz məsələsi çoxparametrli və çoxfaktorlu məsələ olduğundan onu bir-biri ilə bağlı olan və toqquşmayan siniflərə parçalamaq, paylanmış sistemlər və bazalar nöqteyi-nəzərdən yanaşmaq, multiagent sistemlərin tətbiq etmək daha məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, məqalədə multiagent aspektdən məsələ araşdırılıb, konkret nümunələr təqdim edilir, peşə xəstəliklərini diaqnoz və proqnoz etmək üçün tələb olunan əsas amillərə nəzər salınır və konseptual model təklif edilir. Sistemdə iştirak edən agentlər və onların xüsusiyyətləri, rolları, agentlər arası əlaqəyə toxunulur və proqram təminatından qısa fraqment təklif edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: