Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı ikicildlik kitab çapa hazırlanır
18.08.2022 09:43
  • A-
  • A
  • A+

“Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı ikicildlik kitab çapa hazırlanır

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi “Şuşa ili” çərçivəsində “Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı ikicildlik kitab üzərində tamamlama işlərini başa çatdırmaq üzrədir.

İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov bildirib ki, təxminən min səhifəlik ikicildliyin birinci kitabında Qarabağın arxeoloji, tarixi və memarlıq abidələrindən söhbət açılır, bu abidələrdə aparılan arxeoloji qazıntı işləri hərtərəfli təqdim olunur.

Kitabın ikinci cildində Qarabağın etnomədəni inkişaf tarixi, etnik tərkib, əkinçilik, maldarlıq, qoyunçuluq, atçılıq, arıçılıq, ovçuluq, yaşayış məskənləri və evlər, həmçinin geyim və bəzəklər, yemək və içkilər, yollar, sənətkarlıq, nəqliyyat vasitələri haqqında söhbət açılır. Xalqın mənəvi mədəniyyəti - xalq yaradıcılığı, aşıq və muğam sənəti, musiqi mədəniyyəti, təhsil və ədəbiyyatı, oyunlar, əyləncələr, dini etiqadlar, xalq təbabəti, ailə və ailə məişəti və digər məsələlər barəsində geniş fikirlər söylənilir.

Hər iki cild danışılan məsələləri özündə əks etdirən rəngli fotolarla zənginləşdirilib. Kitabların ingilis dilinə tərcümə edilməsi də planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: