Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun əməkdaşının məqaləsi Moskvada çap olunub
31.08.2022 15:30
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşının məqaləsi Moskvada çap olunub

Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyevin “Выбор оптимального места для установки солнечных электростанций в Нахичеванской АР” (“Naxçıvan MR-də günəş elektrik stansiyalarının quraşdırılması üçün optimal yerin seçilməsi”) adlı məqaləsi Moskva Dövlət Universitetinin “Coğrafiya” jurnalında dərc edilib.

Məqalədə bildirilir ki, Azərbaycanın digər rayonlarına nisbətən radiasiya səviyyəsinin daha yüksək (1220-1699 kVt/m2) və günəş şüasının illik müddətinin 2500 saatdan çox olduğu Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının quraşdırılması üçün çoxkriteriyalı qərar qəbulu metodlarına (MCDM) əsaslanan analitik iyerarxiya prosesi (AHP) modelindən istifadə edilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, Naxçıvan MR-in ümumi ərazisinin 9,5%-i (510 km2) GES üçün yüksək, 12%-i (645 km2) orta, 24%-i (1290 km2) zəif uyğunluq indeksinə malikdir. Digər ərazilər (54,5% və ya 2930 km2) radiasiyanın az olması, yüksək meyllilik, qorunan ərazilər, yaşayış məskənləri, kənd təsərrüfatı sahələri və infrastrukturun zəif olması səbəbindən istifadə üçün yararsızdır. Sahə uyğunluq xəritəsində poliqon şəklində göstərildiyi kimi, ən əlverişli yerlər əsasən regionun cənub və şərq hissələrini əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: