Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir
02.09.2022 16:58
  • A-
  • A
  • A+

Ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir

Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrə olduğu haqqında məlumat bildirib.

Azərbaycan təbiəti öz zənginliyi, gözəlliyi və bənzərsizliyi ilə Cənubi Qafqazda xüsusilə seçilir. Təbiətimizin rəngarəng bitki örtüyü, onların mühafizəsi, tədqiqatı son zamanlar çox aktual olan məsələlərdən biri kimi gündəmdədir. Bildiyimiz kimi, bitkilərin təbiətdə mühafizəsi olduqca ciddi bir amil kimi diqqəti cəlb edir.

Alim qeyd edib ki, ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir. Tovuz rayonunda Qafqaz xurması vaxtilə çox olsa da, artıq bu bitkiyə orada çox nadir hallarda rast gəlinir. Bunun da hamısı antropogen amillərlə əlaqədardır.

Adi xurma qədim meşə coğrafi tipinin Kiçik Asiya - Aralıq dənizi sinfinin qədim aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan, Kiçik Asiya, İran, Hindistan, Himalay, Yaponiya, Çin, Ukrayna, Orta Asiya və Qafqazda yayılıb. Azərbaycanda Böyük Qafqazın şərq və qərb, Kiçik Qafqazın şimal rayonlarında, Talışın dağlıq hissəsində, Lənkəran və Kür - Araz ovalıqlarında, Alazan - Əyriçay vadisində və Bozqır yaylasında yayılıb. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Tropik ölkələrdən başlayaraq, demək olar ki, yarısı Hind-Sakit okeanları ərazilərində, Azərbaycanda isə Lənkəran, Lerik, Astara, Balakən, İsmayıllı, Zaqatala, Yardımlı və Masallı rayonları ərazilərində rast gəlinir.

Lənkəran ovalığı (Lənkəran rayonu-İstisu, Bürcəli və Yuxarı Apo kəndləri, Astara rayonu-Siyaku, Maşxan kəndləri, Təngərudçay vadilərində), Lənkəranın dağlıq hissəsi ( Lerik-40-cı km, Yardımlı, Masallı rayonlarının meşələri), Böyük Qafqazın qərb (Zaqatala rayonu - Car, Makov, Əliabad, Matsex - Qəbizdərə, Misgər - Taxtalar, Yuxarı Çardaxlar, Gözbarax, Məzix kəndlər ətrafı meşələr); Alazan - Əyriçay vadisi (Balakən rayonu - Silbançay) və şərq hissəsi (İsmayıllı rayonu - Buynuz kəndi).

Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Qarışıq meşələrdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür. Çay kənarlarında işıqlı rütubətli dağ yamaclarında yayılmışdır. Dəniz səviyyəsindən 400-800 m hündürlükləri arasında rast gəlinir.

Qafqaz Xurması Populyasiya azalmağa meyillidir, mənfi təsirlərə həssasdır. Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Mezofitdir, meşə bitkilik tipində rast gəlir. Bəzən meşə əmələ gətirir. Meşə əmələ gətirir və meşələrdə qarışıq halda rast gəlinir; bundan başqa yabanı halda da rast gəlinir. Flavonoid, fenolkarbon turşuları, C vitamini, aşı maddələri, triterpenoid, üzvü turşular və xinonlarla zəngindir. Xalq təbabətində istifadə olunur, Azərbaycanın orta əsrlər təbabətində tətbiq edilmişdir. Əsasən zob xəstəliyində, irinli yara və xoralarda istifadə olunur. Yarasağaldıcı və öskürəyə qarşı təsirə malikdir. İstifadə olunan hissələri - müalicə məqsədi ilə bitkinin yarpaqları və meyvələri istifadə edilir. İstifadə formaları - təpitmə və bəkməz (doşab). Meyvələri yeməlidir, yetişdikdə tər və qurudulmuş halda istifadə olunur. Yerli əhali meyvələrindən şirələr, çaxır və araq hazırlayır. Əzilmiş meyvələri şirin çörəklər bişirildikdə una əlavə olunur. Dekorativ və bal verən ağacdır. Meyvələri yeyiləndir. Qiymətli balverən bitkidir. Dekorativ məqsədlə park və bağlarda əkilir. Oduncağı möhkəm olduğu üçün dülgər və xarrat məmulatlarının hazırlanmasında istifadə olunur. Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Generativ yolla çoxalır. Azərbaycanda mədəni halda becərilir.

Azərbaycanın “Qırmızı kitabı”na salınıb. Bitkinin təbii yayıldığı ərazilərdə yasaqlıqların yaradılması zəruridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: