Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib
05.09.2022 11:42
  • A-
  • A
  • A+

Professor Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin həmmüəllifi olduğu məqalə çap olunub.

Məqalə “Mathematische Nachrichten” 1.199 yüksək impakt faktorlu Q2 kateqriyalı jurnalda dərc edilib.

“Ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialı və onun kommutatoru”  adlı məqalədə ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında Riss potensialının Adams tipli məhdudluğu üçün meyar verilib. Bu nəticələrin tətbiqi olaraq ümumiləşmiş çəkili  Orliç-Morri fəzalarında Riss potensialının kommutatorunun Adams tipli məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: