Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin arxeoloji kolleksiyasında üçayaqlı bardaq qorunur
05.09.2022 14:26
  • A-
  • A
  • A+

Tarix Muzeyinin arxeoloji kolleksiyasında üçayaqlı bardaq qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin mədəniyyətini, qədim tarixini əks etdirən tapıntılar qorunur. Onlardan biri də Lerik rayonundakı Xımbapoçə antik dövr qəbiristanlığında aparılmış qazıntılar zamanı 3 nömrəli küp qəbirdən tapılan üçayaqlı saxsı bardaqdır.

Bardaq bozumtul-qara rəngdədir və cilalıdır. Sferik gövdə aşağıya doğru genişlənərək konus formalı üç ayaqla tamamlanır. Uzun və silindrik boğazlıdır, qulpu var. Qabın 1/3 hissəsi gipslə bərpa edilib. Tapıntının müəllifi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bardağı eramızdan əvvəl IV-III əsrlərə aid edib. 2022-ci ildə daimi mühafizə məqsədilə muzeyə təhvil verilmiş bardağın əhəmiyyətinə gəldikdə isə, bu arxeoloji tapıntı Azərbaycanın, xüsusilə də Cənub bölgəsinin antik dövr dulusçuluğu və maddi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.

Eksponatın yenidən qurulan ekspozisiyada nümayişi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: