Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub
05.09.2022 16:15
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı elmi işçi, doktorant Gülnar Alışanlının “Precipitation of Aluminium Hydroxide by Hydrogen Peroxide from Natrium Aluminate Solutions” məqaləsi “Web of Science” bazasında indeksləşən, “Chemistry for sustainable development” jurnalında işıq üzü görüb. 

Məqalədə xam alunitin qələvidə həlledilməsindən alınan natrium alüminat məhlullarından alüminium hidroksidin ekoloji cəhətdən təmiz reagent olan hidrogen peroksidlə çökdürülməsi şəraiti öyrənilib. Kasıb alüminat məhlullarından H2O2 ilə alüminium hidroksidin çökməsinə təsir edən amillər (hidrogen peroksidin və qələvinin qatılıqları, hidrogen peroksidin və alüminat məhlullarının həcm nisbətləri, temperatur, vaxt, kaustik modul) araşdırılıb və optimal şəraitdə (>25 %; temperatur = 20-400C, Vməh=(5-20):20 ml, qələvinin qatılığı 42.33 q/l (Na2O-ə görə) alüminat məhlulundakı alüminiumun ~95%-nin çökdürülməsinə nail olunub. H2O2 vasitəsilə alüminium hidroksidin çökdürülməsi və yenidən alunitin həllolması mərhələsinə qaytarılması üçün qələvinin (natrium hidroksidin) bərpası öyrənilib, digər üsullarla alüminium hidroksidin çökdürülməsi zamanı ortaya çıxan bir sıra çətinliklər aradan qaldırılıb. Alınan nümunələrin xassələri RFA, SEM/EDS analizləri vasitəsilə təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: