Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK tərəfindən növbəti biblioqrafik göstərici tərtib edilib
06.09.2022 10:12
  • A-
  • A
  • A+

MEK tərəfindən növbəti biblioqrafik göstərici tərtib edilib

Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən tərtib edilən növbəti biblioqrafik göstəricidə AMEA-nın müxbir üzvü Vaqif Sabir oğlu Quliyevin həyatı, elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası - kitab və elmi məqalələri, beynəlxalq əhəmiyyətli konfrans, konqres, simpoziumlardakı çıxışları, məruzələri və s. əksini tapıb.

Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Rəna Cavadovadır.

Qeyd edək ki, görkəmli elm adamının 65 illik yubileyinə həsr olunmuş sözügedən biblioqrafik göstərici riyaziyyat sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: