Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsəri əsasında monoqrafiya hazırlanıb
06.09.2022 10:25
  • A-
  • A
  • A+

Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsəri əsasında monoqrafiya hazırlanıb

Bu günlərdə yeganə nüsxəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsərinin əlyazması əsasında hazırlanmış monoqrafiya nəşr olunub.

“Əbdülməcid Təbibin “Kitabül-müdavat” əlyazma əsərində sinir sisteminin bəzi xəstəlikləri və onların müalicəsi haqqında” adlı kitabın müəllifi Əlyazmalar İnstitutunun dissertantı, nevropatoloq Qəhrəman Qəhrəmanovdur.

Nevroloq həkimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitdə, həmçinin qorxu, dəhşət, həyəcan, əzələlərin süst olması, hissi hərəki pozğunluqlar, baş ağrılarının səbəbləri, sayıqlama, hafizənin azalması, yuxunun pozulması və onların müalicəsi haqqında da geniş məlumat verilir.

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları tibb elmləri doktoru, professor Musa Ələkbərov, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, rəyçiləri isə Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: