Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin hökuməti COVID-19-a qarşı burun peyvəndini təsdiqləyib
06.09.2022 11:06
  • A-
  • A
  • A+

Çin hökuməti COVID-19-a qarşı burun peyvəndini təsdiqləyib

Çin hökuməti iynəsiz və burundan nəfəs alaraq istifadə edilən COVID-19 peyvəndini təsdiqləmək qərarına gəlib. “CanSino Biologics” şirkəti tərəfindən hazırlanmış peyvəndin alternativ olacağı gözlənilir.

“Convidecia” adlı peyvəndin bir dozası bədəndə humoral və toxuma immun cavabı yaradır.

Çin hökumətinin verdiyi qərardan sonra “CanSino Biologics”in səhm dəyəri 14,5 faiz artıb, bu peyvəndin insanlar üzərində sınaqdan keçirildiyi və müsbət nəticə verdiyi bildirilib.

Qeyd edək ki, burun peyvəndi tənəffüs yollarının selikli qişasının səthində koronavirus infeksiyasına qarşı selikli qişa immunitetini, həmçinin qanda humoral və hüceyrə immunitetini formalaşdırır.

aztibb.az

  • Paylaş: