Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Xərçəngin erkən aşkar edilməsi üçün həssas biosensor hazırlanıb
06.09.2022 16:38
  • A-
  • A
  • A+

Xərçəngin erkən aşkar edilməsi üçün həssas biosensor hazırlanıb

Çin tədqiqatçıları maye biopsiyasında xərçəngin markerlərini aşkar edən elektrokimyəvi biosensor yaradıblar.

Çin Elmlər Akademiyasının Suçjou Biotibb Mühəndisliyi və Texnologiyaları İnstitutunun tədqiqatçıları eksozomlara qarşı həssas olan nanoörtük yaradıblar. Bu şiş hüceyrələrindən gələn, diametri 30-dan 150 nm-a qədər olan mikroskopik hüceyrə xarici qovuqcuqlardır (qabarcıqlar). 

Alimlər datçik üçün MXene nanovərəqlərindən istifadə ediblər. Tədqiqatçılar bu ikiölçülü materialı qızıldan nanostrukturlarla örtüblər.

Tədqiqatın nəticələri göstərib ki, yeni sensor maye biopsiyası (qanın və digər maye mühitlərin analizi) əsasında xərçəngin diaqnostikasının aparılması zamanı yüksək dəqiqliyi və həssaslığı ilə seçilir.

aztibb.az

  • Paylaş: