Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.09.2022 15:48
  • A-
  • A
  • A+

Məsləhətçisi Kərim Şükürovun olduğu film tamaşaçılara təqdim olunub

Məsləhətçisi Kərim Şükürovun olduğu film tamaşaçılara təqdim olunub

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihənin icrasına başlayıb.

Sözügedən agentliyin maddi dəstəyi ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlanıb. İctimai Televiziyanın bazasında çəkilən film artıq tamaşaçılara təqdim olunub. Şuşa şəhərinin əsasının qoyulmasına həsr edilmiş film bu tarixə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.

“Şuşanın dağları başı dumanlı” filminin mətninin BBC televiziyasının məşhur aparıcılarından birinin səsləndirməsi planlaşdırılır.

Filmin ssenari müəllifi, jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, məsləhətçisi isə AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: