Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap olunub
08.09.2022 16:24
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Misir ədəbiyyatında mühacirlər mövzusunu yaradan tarixi amillər” (“Исторические факторы, способство-вавшие появлению темы эмигрантов в египетской литературе”) məqaləsi Rusiyanın “Voprosı istorii” jurnalında dərc edilib.

Məqalədə bu gün bütün dünyada aktual problemə çevrilmiş mühacirlər probleminə, onu doğuran ictimai-siyasi, iqtisadi və digər amillərə toxunulub. Xüsusən Ərəb Şərqində bu proses son statistik məlumatlar əsasında izlənilərək, bunun fonunda müasir Misir ədəbiyyatında problemin filoloji prizmalardan işıqlandırılması araşdırılıb.

Qeyd edək ki, sözügedən nəşr “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: