Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Birinci Qarabağ müharibəsinə aid materiallar Tarix Muzeyinə təqdim olunub
08.09.2022 17:02
  • A-
  • A
  • A+

Birinci Qarabağ müharibəsinə aid materiallar Tarix Muzeyinə təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyinə birinci Qarabağ müharibəsinin şəhidləri Əlfi Məmmədova və Xaləddin Quliyevə aid fotoşəkillər təqdim edilib.

Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya gəlmiş Xaləddin Quliyev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi uğrunda, Əlfi Məmmədov isə 1993-cü il aprelin 24-də Xocavəndin Nərgiztəpə adlanan ərazisi uğrunda gedən döyüşlərdə şəhid olublar.

Hər iki şəhid doğulduqları kənddə dəfn ediliblər.

Qeyd edək ki, materiallar muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovun vasitəsi ilə şəhid Əlfi Məmmədovun bacısı Şəlalə Məmmədova tərəfindən muzeyə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: