Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.06.2015 10:46
  • A-
  • A
  • A+

AMEA-nın Dendrologiya İnstitutu ilə Türkiyənin Pamukkale Universitetinin gənc alimləri arasında görüş keçirilib

AMEA-nın Dendrologiya İnstitutu ilə Türkiyənin Pamukkale Universitetinin  gənc alimləri arasında görüş keçirilib

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin gənclərə göstərdiyi qayğının və dəstəyin nəticəsi olaraq Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə Türkiyənin Pamukkale Universitetinin  bir qrup gənc alimləri arasında görüş keçirilib.

Məqsəd iki ölkənin gənc alimləri arasında əlaqələrin genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, məqalələrin yazılması və yüksək reytinqli jurnallarda çap edilməsi olub.

Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d Zaman Məmmədov bu cür görüşlərin iki qonşu ölkə arasında münasibətlərdə gənclərin fəallığının artırılmasına zəmin yaradacığını, Türkiyə və Azərbaycan gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xidmət edəcəyini bildirib. O, birgə video-konfransların keçirilməsi təklifini irəli sürüb.

Sonra çıxış edən Pamukkale Universitetinin gənc alimi, b.ü.f.d Mehmet Karaca görüşün əhəmiyyətindən söz açıb, azərbaycanlı gənc alimlərlə birgə işlərin aparılmasına imkan yaradacığını qeyd edib.

Bildirilib ki, Dendrologiya İnstitutu  ilə Pamukkale Universiteti arasında olan anlaşmaya əsasən gələcəkdə kadr hazırlığı istiqamətində birgə işlər aparılacaq. Anlaşmaya əsasən iki elmi müəssisənin birgə təşkilatçılığı ilə Pamukkale Universitetində Botanik bağçanın yaradılması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: