Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının dərs vəsaiti nəşr olunub
12.09.2022 14:20
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının dərs vəsaiti nəşr olunub

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - akademik Vaqif Abbasov, kimya elmləri doktoru Mütəllim Abbasov, pedaqoji elmlər doktoru Almaz Tağıyeva, kimya üzrə fəlsəfə doktoru Sara Abbaszadə və texnika elmləri doktoru Nizami Mürsəlovun yazdıqları “Kimyanın nəzəri əsaslarının suallara cavablarla izahı” adlı dərs vəsaiti çap olunub.

Kitabda 786 sual və onların cavabları verilib. Nəşrdə eyni zamanda bioloji aktiv maddələr, dərmanlar, vitaminlər haqqında maraqlı məlumatlar yer alıb.

Təqdim olunmuş dərs vəsaiti məktəblilər, abituriyentlər, magistrlər, doktorantura təhsili almaq istəyənlər və müəllimlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: