Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc edilib
13.09.2022 12:07
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc edilib

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin elmi məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda (Journal of Archaeological Science: Reports 2022. Vol. 45. No. 103621) dərc edilib.

“Azərbaycanın Kiçik Qafqaz bölgəsinin Kəlbəcər (Keçəldağ) obsidian mənbəyinin geoloji-geokimyəvi səciyyəsi” adlı məqalədə Azərbaycanın cənub-qərbindəki Keçəldağ obsidian mənbəyinin geoloji və geokimyəvi xarakteristikası təqdim olunur. Nümunələr ilkin mənbələrdən toplanıb və Missuri Universitetinin Tədqiqat Reaktorunda XRF üsulu ilə 12 element üzrə analiz edilib.

Bu, ilk dəfə olaraq əvvəllər beynəlxalq arxeologiya aləmində obsidian mənbəyi kimi az məlum olan Keçəldağın hərtərəfli geokimyəvi səciyyəsini əldə etməyə imkan verdi. Obsidianlarda olan Rb, Sr elementlərinin miqdarına görə Keçəldağ qonşu Sünik qrupundan və Kiçik Qafqazın digər mənbələrindən aydın şəkildə fərqlənir.

Alınmış elmi məlumatlar Kiçik Qafqaz və qonşu regionların Paleolit, Neolit və Tunc dövründə obsidian istismarının dərindən öyrənilməsi üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: